Martın 29-da “Lider” televiziyasının Qarabağ bölgəsi üzrə xüsusi müxbiri Habil Aslanoğlu peşə fəaliyyətini yerinə yetirən zaman, Ağdam rayonunun Çıraqlı kəndində çəkiliş apararkən erməni işğalı altında olan Gülçülük sovxozundan atəşə məruz qalıb.
“APA” informasiya agentliyinin məlumatına görə, Habil Aslanoğlu dünən saat 14:57-də Ağdam rayonunun Çıraqlı kəndində çəkiliş apararkən erməni işğalı altında olan Gülçülük sovxozunda ermənilərin aramsız atəşinə məruz qalıb:
“Biz təxminən 5-6 dəqiqə atəş altında aldıq. Düşmənlərimiz snayper və avtomatlardan atəş açırdılar. Buna görə məcbur olub yerə uzandıq. Birtəhər gizləndikdən sonra ermənilərin atəşi kəsdiklərini gördük” deyə müxbir Habil Aslanoğlu APA-ya bildirib.