ERMƏNİLƏR CƏBHƏ XƏTTİNDƏ AZƏRBAYCANLI JURNALİSTLƏRƏ ATƏŞ AÇIBLAR

         Martın 29-da “Lider” televiziyasının Qarabağ bölgəsi üzrə xüsusi müxbiri Habil Aslanoğlu peşə fəaliyyətini yerinə yetirən zaman, Ağdam rayonunun Çıraqlı kəndində çəkiliş apararkən erməni işğalı altında olan Gülçülük sovxozundan atəşə məruz qalıb.

“APA” informasiya agentliyinin məlumatına görə, Habil Aslanoğlu  dünən saat 14:57-də Ağdam rayonunun Çıraqlı kəndində çəkiliş apararkən erməni işğalı altında olan Gülçülük sovxozunda ermənilərin aramsız atəşinə məruz qalıb:
“Biz təxminən 5-6 dəqiqə atəş altında aldıq. Düşmənlərimiz snayper və avtomatlardan atəş açırdılar. Buna görə məcbur olub yerə uzandıq. Birtəhər gizləndikdən sonra ermənilərin atəşi kəsdiklərini gördük” deyə müxbir Habil Aslanoğlu  APA-ya bildirib.

 

Previous Post

TÜRKİYƏ KANALI TRT 1918 Cİ İL HADİSƏLƏRİNƏ DAİR FİLM ÇƏKİB

Next Post

OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.