Aprelin 12-dən etibarən CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. Nəticədə şirkətin minlərlə abunəçisi öz telefonlarından istifadə edə bilmir.
CATEL şirkətindən (“Fonex” operatoru) bu gün (14 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) İctimai Birliyinə bildirdilər ki, fəaliyyətdə yaranan məhdudiyyət sırf texniki nazaslıq səbəbindəndir və bu problem tezliklə aradan qalxacaq:
“Bildiririk ki, aprelin 12-si saat 17:00-dan etibarən bu nazaslıq bütün ölkə ərazisində yaşanmaqdadır. Səbəbi isə stansiyalarda yaşanan texniki nasazlıqla əlaqədardır”, – deyə bildirən şirkət əməkdaşı qeyd etdi ki, prolemin yaxın saatlarda öz həllini tapması üçün çalışırlar.