APRELİN 12-DƏN CATEL İSTİFADƏÇİLƏRİ RABİTƏSİZ QALIBLAR

Aprelin 12-dən etibarən  CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. Nəticədə şirkətin minlərlə abunəçisi öz telefonlarından istifadə edə bilmir.

CATEL şirkətindən  (“Fonex” operatoru) bu gün (14 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) İctimai Birliyinə bildirdilər ki, fəaliyyətdə yaranan məhdudiyyət sırf texniki nazaslıq səbəbindəndir və bu problem tezliklə aradan qalxacaq:

“Bildiririk ki, aprelin 12-si saat 17:00-dan etibarən  bu nazaslıq bütün ölkə ərazisində yaşanmaqdadır. Səbəbi isə stansiyalarda yaşanan texniki nasazlıqla əlaqədardır”, –  deyə bildirən şirkət əməkdaşı qeyd etdi ki, prolemin yaxın saatlarda öz həllini tapması üçün çalışırlar.

 

 

Previous Post

NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLƏN FƏAL UNİVERSİTETDƏN DƏ QOVULDU

Next Post

EYNULLA FƏTULLAYEVİN BAŞ PROKURORA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ BAXIŞI TƏYİN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.