Aprelin 25-də saat 11.00-da “Park İnn” otelində hakim Yeni Azərbaycan Partiyası və Mətbuat Şurasının təşkilatçılığı ilə media problemlərinə həsr olunmuş növbəti konfrans olacaq.
Qeyd edək ki, bu konfrans əsasən Heydər Əliyevin 85 illiyinə həsr olunub və tədbir “Heydər Əliyev və Azərbaycan Mətbuatı” mövzusunda keçiriləcək. Konfransa media nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər də dəvət olunub.