SATİRİK YAZAR ƏMƏK HÜQUQUNUN POZULDUĞUNU İDDİA EDİR

   Mayın 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində  “Azadlıq” qəzetinin  keçmiş əməkdaşı Mirzə Sakit əmək  hüququnun pozulması iddiası ilə  mətbuat konfransı keçirib. Satirik yazarın sözlərinə görə, Almaniyadan 2 aydır qayıtmasına baxmayaraq  sosial təminatını təmin edə bilmir və o əvvəlki iş yerinə işə bərpa oluna bilmir.

  Mirzə Sakit bildirdi ki, dəfələrlə bir sıra tanınmış ziyalılar vasitəsilə  “Azadlıq” qəzetinə müraciət etməsinə baxmayaraq işə bərpa olunmağına dair müsbət cavab ala bilməyib.

            “Hazırda işsizəm. Ailəmin və özümün yaşamağımız üçün  işləməyim lazımdır. Yazılarımı digər qəzetlər də  çap etmir”, – deyə qeyd edən Mirzə Sakit yaranmış vəziyyətdən çıxış yolunu tapa bilmədiyini bildirdi.

Məsələ ilə bağlı “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid RATİ-ya bildirdi ki, Mirzə Sakitin şerləri bir daha “Azadlıq” qəzetində çap edilməyəcək. “Bir zamanlar Sakitin şerləri çap olunub. Lakin Sakitin “Azadlıq” qəzetinin kollektivinə qarşı münasibəti və xüsusi iddiaları nəticəsində onun şerlərinin çapı dayandırılıb. “Azadlıq ” qəzetinin kiminsə şerlərini əbədiyyətə qədər çap etmək kimi bir öhdəliyi yoxdur”, – deyə Qənimət Zahid əlavə etdi.

 

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 11 MAY 2011

Next Post

ƏLİ HƏSƏNOVA GÖRƏ dİffamasİyaNIN DEKRİMİNALLAŞDIRILMASI JURNALİSTLƏRİ MƏSULİYYƏTDƏN AZAD ETMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.