OSMAN KAZIMOVUN MƏHKƏMƏSİ YEKUNLAŞMAQ ÜZRƏDİR

İyulun 12-də Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi, bu iddiaya qarşı Osman Kazımovun verdiyi qarşılıqlı iddia və  müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası əsasında məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfin nümayəndəsi Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarını məhkəməyə təqdim edib, lakin Osman Kazımovun məzuniyyətə çıxma barədə ərizəni Sümbülə Əliyevanın adına yazma barədə sənədi təqdim etməyib. Ancaq Binəqədi məhkəməsinin hüquq məsləhətxanasına göndərdiyi sorğuya əsasən Kazımovun  məzuniyyətə çıxma barədə ərizə və  əmri məhkəməyə təqdim edilib və bu  sənədlərdə Sümbülə Əliyevanın adı yoxdur.

Vəkil Osman Kazımov isə Füzulidə olarkən Baş Prokurorluğa göndərdiyi teleqramın surətini məhkəməyə təqdim edib.

Daha sonra iddiaçının nümayəndəsi Feruz Quliyev Rəyasət Heyətinin üzvlərinin və  dəftərxana katibinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırdı.

Hakim bildirdi ki, dəftərxana katibinin məhkəmədə dindirilməsinə ehtiyac yoxdur, amma zəruriyyət yaranacağı təqdirdə gələcəkdə onu məhkəməyə çağırmaq olar.

Daha sonra iddiaçının nümayəndəsi Altay Muradov Osman Kazımovun verdiyi qarşılıqlı iddiaya etirazlarını məhkəməyə təqdim etdi və  izahat verdi.

Muradov bildirdi ki, Kazımov tərəfindən verilmiş qarşılıqlı iddia Vəkillər Kollegiyasının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır və  qarşı tərəfin təqdim etdiyi dəlillər də əsassızdır.

İddiaçının nümayəndəsi Feruz Quliyev isə bildirdi ki, bu cür addım atmaqla presedentin yaranmasına şərait yaratmaq olmaz və  Osman Kazımovun təqsiri sübuta yetirilməyincə o kollegiyadan çıxarıla bilməz.

Daha sonra hakim  tərəflərə barışıq sazişi bağlamağı təklif etdi və  bunu dəqiqləşdirmək üçün prosesi 13 iyul saat 16:30-a təyin etdi.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də  keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Rəyasət Heyəti bu qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Prokurorluq Osman Kazımovu Cinayət Prosessual Məcəlləsini və “Vəkillik fəaliyyəti haqqında” qanunu pozmaqda ittiham edir.

Previous Post

OSMAN KAZIMOVUN MƏHKƏMƏSİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Next Post

KÜR DAŞQINLARI İLƏ BAĞLI JURNALİST ARAŞDIRMASI APARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.