Bu gün (12 iyul) Azərbaycan Media Mərkəzində Azərbaycan Media Mərkəzi, Yeni Nəsil Jurnalistlər Birliyi və RATİ-nin birgə həyata keçirdiyi “Media dördüncü hakimiyyət rolunda” layihəsi çərçivəsində “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlunun hazırladığı “Kür suyunun açdığı korrupsiya izləri” jurnalist araşdırması ətrafında ictimai müzakirə keçirildi.
“Daşqının nəticələrinin aradan qaldırılmasında ciddi korrupsiya faktları var. Bu məsələdə hökumətin mövqeyini öyrənmək üçün yeganə çıxış yolumuz Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında olan məlumatlardır. Bölgələrdə bir sıra təəssüfləndirici hallarla qarşılaşdım, məsələn insanların sosial problemləri hələ də həllini tapmamaqdadır, kompensasiya verilərkən camaatın gündəlik qazancına diqqət yetirilməyib, evlərin tikintisində problemlər hələ də mövcud olaraq qalır”, – deyə N. Ədilov qeyd etdi.
Tədbirdə iştirak edən “Turan” informasiya agentliyinin direktoru, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Güləliyev və digər şəxslər daşqın bölgəsindəki vəziyyətlə bağlı jurnalıistin apardığı araşdırmanı alqışlaylblar və gələcəkdə də bu mövzunun gündəmdə saxlanılmağını tövsiyyə ediblər.