Dekabrın 24-ü 2007-ci il tarixdə “Azərbaycan” qəzeti İlham Əleyevin imzası altında “Mənim universitetlərim” adlı məqalə dərc edib.
Day.az saytının dünən (25 dekabr) yaydığı məlumata görə, əslində “Azərbaycan” qəzetində dərc olunan material Mixail Ozerovun “İlham Əliyev : Mən Azərbaycanıma inanıram” adlı kitabından götürülmə bir parça olub.
Bununla bağlı məlumat əldə etmək üçün RATİ “Azərbaycan” qəzeti ilə əlaqə saxlayıb. Qəzetin əməkdaşı İxtiyar RATİ-yə bildirib ki, “Day.az-ın yaydığı məlumat həqiqətə uyğun deyil”.
Day.az saytının redaktoru Elnur Baimov RATİ-nin əməkdaşı ilə söhbətində bildirdi ki, “onlar öz hərəkətlərini ört-basdır etmək üçün belə deyirlər. Biz yazını verməişdən əvvəl araşdırma aparmışıq, sonra məlumatı yaymışıq. Kitabın şəklini də saytda yerləşdirmişik”.