JURNALİSTLƏRİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNUB

Dünən Ali Məhkəmənin hakim Vəfaddin İbayevin sədrliyi ilə 15 jurnalistin Səbayel rayon məhkəməsinin qərardadından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə RATİ-yə məlumat verən vəkil Rəşid Hacılı bildirib ki, o hakimdən aşağı instansiya məhkəmələrində qanunsuz qərardadlar çıxarmış hakimlərin cəzalandırılmasını və, onlar barəsində intizam icraatının başlanmasını xahiş edib.

     Hakim qısa müşavirədən sonra jurnalistlərin iddiasını təmin edərək, mahiyyəti üzrə baxılması üçün işin Səbayel Rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. V. İbayev qeyd edib ki, hakimlərin cəzalandırılması məsələsi kassasiya şikayətində öz əksini tapmadığından ona baxılmayıb.

     Xatırladaq ki, bir qrup jurnalist söz və mətbuat azadlığına qarşı basqılara etiraz olaraq, aprel-iyun aylarında piketlər keçirmişdilər. Bu piketlər Səbayel rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dağıdılmışdı. Jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətini, Bakı Şəhər Baş Polis İdarəsini və Səbayel Rayon Polis İdarəsini məhkəməyə vermişdi. Lakin Səbayel rayin məhkəməsi işi icraata götürməkdən imtina haqqında qərardad çıxarmışdı. Apellyasiya Məhkəməsi də bu qərardadı qüvvədə saxlamışdı.  

Previous Post

MƏQALƏ ANLAŞILMAMAZLIQ YARADIB

Next Post

BAŞ REDAKTORLAR MƏTBUAT ŞURASININ RƏYLƏRİNƏ MÜNASİBƏT BİLDİRİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.