“YENİ MÜSAVAT” MƏHKƏMƏYƏ VERİLİB

RATİ-nin Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən aldığı məlumata görə, o bu gün “Yeni Müsavat” qəzetinin 25 dekabr 2007-ci il tarixli sayında dərc edilən “Balıq Hafiz”in kürəkəni həbs olunub” başlıqlı və “Saşko Tadoroviski rüşvət almaqda günahlandırılır” yarımbaşlıqlı məqaləyə görə qəzeti məhkəməyə verib.

O bildirib ki,, iddia ərizəsini səhər saatlarında Binəqədi Rayon Məhkəməsinə təqdim edib.

     İddiaçı tərəf cavabdehdən öz qəzetində yalnış və böhtan xarakterli yazıların dərc edildiyinə görə təkzib verərək üzr istəməsini, vurulmuş mənəvi zərərin əvəzi kimi 20 000 AZN məbləğində pul və qəzetə məsul şəxslərə cinayət işinin açılmasını tələb edir. İddia ərizəsində cavabdehlər qismində qəzet redaksiyası, baş redaktor əvəzi Azər Ayxan və Cahangir adlı müxbir göstərilir.

     Bununla əlaqədar RATİ “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanla əlaqə saxladı. A.Ayxan bildirdi ki, “məqalədəki məlumatın doğru olub- olmamasını araşdırırıq. Məlumat həqiqətə uyğun olmasa qəzetimizdə təkzib verməyə hazırıq”.

Previous Post

NAZİM QULİYEV AZADLIĞA BURAXILDI

Next Post

MƏQALƏ ANLAŞILMAMAZLIQ YARADIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.