JURNALİST QƏSD NƏTİCƏSİNDƏ İKİ ÖVLADININ YANARAQ ÖLDÜYÜNÜ İDDİA EDİR

    Oktyabrın 7-də “bolgexeber.com” saytının rəhbəri Vasif Turanın  Qobu qəsəbəsində  yerləşən evində  naməlum səbəbdən partlayışla müşahidə olunun yanğın baş verib və nəticəsində jurnalistin iki azyaşlı oğlu dünyasını dəyişib.

Bu barədə TİA.AZ-a danışan Vasif Turan bildirib ki, hadisə  baş verməzdən əvvəl  evlərinin qarşısında “Toyoto Prado” markalı ağ rəngli avtomobil həmin günü  bir neçə dəfə keçib:

“Ev partlamazdan öncə yaxınlıqdan iki nəfər də keçib. Həmin o iki nəfər də öz aralarında pıçıldaşırmışlar. Daha sonra bu  hadisə baş verib. Həmin adamlar keçdikdən qısa ara sonra evdə partlayış əmələ gəlib və yanğın başlayıb”, –  deyə qeyd edən  baş redaktor hesab edir ki, əslində baş verən  bədbəxt hadisə deyil, onun peşə fəaliyyəti ilə bağlı ailəsinə qarşı planlaşdırılmış qəsddir.

Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində araşdırmalar aparılır.

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ DƏ RUSLAN BƏŞİRLİNİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.