Oktyabrın 7-də “bolgexeber.com” saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsində yerləşən evində naməlum səbəbdən partlayışla müşahidə olunun yanğın baş verib və nəticəsində jurnalistin iki azyaşlı oğlu dünyasını dəyişib.
Bu barədə TİA.AZ-a danışan Vasif Turan bildirib ki, hadisə baş verməzdən əvvəl evlərinin qarşısında “Toyoto Prado” markalı ağ rəngli avtomobil həmin günü bir neçə dəfə keçib:
“Ev partlamazdan öncə yaxınlıqdan iki nəfər də keçib. Həmin o iki nəfər də öz aralarında pıçıldaşırmışlar. Daha sonra bu hadisə baş verib. Həmin adamlar keçdikdən qısa ara sonra evdə partlayış əmələ gəlib və yanğın başlayıb”, – deyə qeyd edən baş redaktor hesab edir ki, əslində baş verən bədbəxt hadisə deyil, onun peşə fəaliyyəti ilə bağlı ailəsinə qarşı planlaşdırılmış qəsddir.
Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində araşdırmalar aparılır.