APELLYASİYA MƏHKƏMƏSİ DƏ RUSLAN BƏŞİRLİNİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Bu gün  (12 oktyabr) Bakı Apellyasiya Məhkəməsində  hakim Camal Ramazanovun sədrliyi ilə “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin  vaxtından əvvəl azad edilməsi ilə bağlı ilkin məhkəmənin iddianı təmin etməyən qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Hakim ilk instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Bəşirlinin vəkili Tahir Xanəliyev məlumat verib.

Vəkil T. Xanəliyev hakimin  ilkin məhkəmə qərarını qüvvədə saxladığını və şikayətin təmin edilmədiyi barədə qərar verdiyini deyərək, bu qərardan kassasiya şikayəti veriləcəklərini  bildirdi.

Qeyd edək ki, R. Bəşirlinin  ilkin instansiya məhkəməsi 22 avqust 2011-ci il tarixində 1 saylı cəzaçəkmə müəssisəsində hakim  Azər İsmayılovun sədrliyi ilə keçirilib və Ruslan Bəşirlinin  vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciəti təmin edilməyib.

Xatırladaq ki, “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli  2005-ci ilin 18 may tarixində  parlament seçkiləri  ərəfəsində həbs edilib. 2006-cı ilin iyulun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Ruslan Bəşirlini Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə) ilə təqsirli bilərək  7 il müddətinə azadlıqdan məhrum edib. “Yeni Fikir” Gənclər Təşkilatı sədrinin  2005-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat, AXCP, ADP-nin yaratdığı “Azadlıq”  seçki blokunun mitinqlərində nümayiş etdirdiyi fəallığına görə şərlənərək həbs edilib.

 

Previous Post

192 SAYLI MƏKTƏBİN MÜSTƏQİLLİK BAYRAMINA HƏDİYYƏSİ

Next Post

JURNALİST QƏSD NƏTİCƏSİNDƏ İKİ ÖVLADININ YANARAQ ÖLDÜYÜNÜ İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.