(MHİ) Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Abid Şərifova ünvanlanan sorğuya cavab verilməməsi ilə bağlı iddiası təmin edilib.
F. Namazov bildirdi ki, məhkəmə qərarına əsasən Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq boş olan resursların siyahısının MHİ-yə təqdim etməlidir.
Xatırladaq ki, Media Hüququ İnstitutu Radiotezliklər üzrə Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq istifadəsiz saxlanan tezlikləri açıqlaması üçün 2011-ci ilin mayında Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Abid Şərifova sorğu ilə müraciət edib. Sorğuya cavab verilmədiyindən MHİ məhkəmədə iddia qaldırıb. Qeyd edək ki, bundan əvvəl MHİ MTRŞ-ya da müraciət edərək boş tezliklərin siyahısını təqdim edilməsini xahiş edib. Lakin MTRŞ- da sorğuya cavab vermədiyindən məhkəməyə müraciət edilib və hakim də iddianı təmin edib. MTRŞ isə bu tezliklərin siyahısının Radiotezliklər üzrə Dövlət Komissiyasında olduğunu bildirib.