MHİ-NİN RADİOTEZLİKLƏR ÜZRƏ DÖVLƏT KOMİSSİYASINA QARŞI İDDİASI TƏMİN EDİLİB

Bu gün (15 dekabr) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib  Bayramovun sədrliyi ilə Media Hüququ İnstitutunun (MHİ) Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Abid Şərifova ünvanlanan sorğuya cavab verilməməsi ilə bağlı iddiası təmin edilib.

Bu barədə bu gün Reportyorların azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin hüquqşünası Fariz Namazov məlumat verib.

F. Namazov bildirdi ki, məhkəmə qərarına əsasən  Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq boş olan resursların siyahısının MHİ-yə təqdim etməlidir.

Xatırladaq ki, Media Hüququ İnstitutu Radiotezliklər üzrə Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq istifadəsiz saxlanan tezlikləri açıqlaması üçün 2011-ci ilin mayında Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Abid Şərifova sorğu ilə müraciət edib. Sorğuya cavab verilmədiyindən MHİ məhkəmədə iddia qaldırıb. Qeyd edək ki, bundan əvvəl MHİ MTRŞ-ya da müraciət edərək boş tezliklərin siyahısını təqdim edilməsini xahiş edib. Lakin MTRŞ- da sorğuya cavab vermədiyindən məhkəməyə müraciət edilib və hakim də iddianı təmin edib. MTRŞ isə bu tezliklərin siyahısının  Radiotezliklər üzrə Dövlət Komissiyasında olduğunu bildirib.

Previous Post

BEYNƏLXALQ MEDİAYA DƏSTƏK TƏŞKİLATININ PROQRAM RƏHBƏRİ GÜLNARƏ AXUNDOVA İLƏ

Next Post

DİNİ ƏDƏBİYYATLARLA BAĞLI QANUNA EDİLƏN DƏYİŞİKLİKLƏR AĞIR CƏZA NƏZƏRDƏ TUTUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.