Qəzetin məlumatına görə, icarədar mərasimə imkan verilməməsi barədə "yuxarılardan" tapşırıq aldığını etiraf edib.
“Mediaforum” xəbər saytının xəbərinə görə, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Azadlıq” qəzetinin ad günü ilə bağlı keçirilən tədbirin yarımçıq qalmasının hakimiyyətin sifarişi olmadığını iddia etsə də, qəzetə qarşı təzyiqlərə haqq da qazandırıb.
“Bu qəzetin yazdıqlarının hamısına şübhə ilə baxıram. Bu qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandır. Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”, – deyə qeyd edən Ə.Həsənovun sözlərinə görə, “Azadlıq” qəzeti böhtan və yalanlar yazmasına baxmayaraq dekabrın 25-də qəzetin keçirdiyi tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir iştirakı və rolu olmayıb.