ƏLİ HƏSƏNOV “AZADLIQ” QƏZETİNƏ OLAN TƏZYİQƏ HAQQ QAZANDIRIR

Dekabrın 25-də Bakının  Nəsimi rayonundakı “Qızıl tac” şadlıq evində işıqları söndürməklə  “Azadlıq” qəzetinin 22 yaşına həsr olunmuş tədbirin keçirilməsinə imkan verilməyib.

Bu barədə “Azadlıq” qəzetinin məlumat yayıb. Məlumatda bildirilir ki,  məclis saat 16-da başlayıb, saat 16:40-da şadlıq evinin işıqları söndürülüb. Eyni zamanda ofisiantların qonaqlara xidməti də dayandırılıb. Tədbir təşkilatçılarının şadlıq evinin icarədarı ilə apardığı danışıqlar və mübahisə də nəticəsiz bitib.

Qəzetin məlumatına görə, icarədar  mərasimə imkan verilməməsi barədə  "yuxarılardan" tapşırıq aldığını etiraf edib.

“Mediaforum” xəbər saytının xəbərinə görə, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Azadlıq” qəzetinin ad günü ilə bağlı keçirilən tədbirin yarımçıq qalmasının hakimiyyətin sifarişi olmadığını iddia etsə də, qəzetə qarşı təzyiqlərə haqq da qazandırıb.

“Bu qəzetin yazdıqlarının hamısına şübhə ilə baxıram. Bu qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandır. Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”, – deyə qeyd edən  Ə.Həsənovun sözlərinə görə, “Azadlıq” qəzeti böhtan və yalanlar yazmasına baxmayaraq dekabrın 25-də qəzetin keçirdiyi tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir iştirakı və rolu olmayıb.

Previous Post

ELŞAD XOSE BÖHTANA GÖRƏ MƏSULİYYƏTƏ CƏLB EDİLDİ

Next Post

PREZİDENTİN ŞƏRƏFİNƏ BİŞİRİLƏN TORTUN KƏSİLMƏSİ ZAMANI JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.