“Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev və "Xəyal TV"-ninicraçı direktoru Vüqar Qonaqov hələ də Daxili İşlər Nazirliyinin Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) müvəqqəti
saxlama kamerasında saxlanılır.
Bu barədə vəkil Elçin Sadıqov “Turan”
informasiya agentliyinə məlumat verib.
“ Bu, ciddi qanun pozuntusudur. Təqsirləndirilən şəxs 72 saatdan artıq
saxlama kamerasında saxlanıla bilməz”, – deyə Elçin Sadıqov bildirib.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Z.Quliyevlə görüşə də
buraxılmır. “Vəkilin müdafiə etdiyi şəxslə görüşə buraxılmaması da
ciddi hüquq pozuntusudur”, – o bildirib.
Qeyd edək ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci
ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial
şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini
30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu
səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz
aksiyası keçirilib, aksiya iştirakçıları R.Həbibovun evini
yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri
arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı
Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart
tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş
redaktoru Zaur Quliyev həbs ediliblər və hər iki jurnalist barəsində
2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Hal-hazırda
jurnalistlər DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş
idarəsində saxlanılırlar.
Onu da qeyd edək ki, Vüqar Qonaqov istintaqın təhriki ilə vəkili Elçin
Sadıqovdan imtina edib.