Jurnalist İdrak Abbasovun müalicəsi xəstəxana şəraitində davam edir. 1 saylıKliniki Mərkəzin (Semaşko) həkimi Almazxan Zeynalov jurnalistin sağlıq
durumu ilə bağlı rəy verib.
Təhlükəsizlik İnstitutuna (RATİ) İ. Abbasovun özü məlumat verib.
Jurnalistin sözlərinə görə, həkim onun kəskin ağrılardan əziyyət çəkməsinin
iki qabırğasında sınıq (çat) olması və beyin silkələnməsi ilə əlaqədar
olduğunu deyib. “Həkim vəziyyətimdə yaxşılaşma qeydə alındığını bildirsə də
daxili orqanlarımda ciddi ağrılar var. Hələ də rahat nəfəs ala
bilmirəm”-deyən jurnalist istintaqın hadisə ilə bağlı hələ ki, onunla
maraqlanmadığını, hər hansı dindirmə aparmadığını deyib.
Bu gün İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Klinik Tibbi
Mərkəzdə jurnalist İdrak Abbasova baş çəkib. Görüş zamanı İdrak Abbasov onu
Neft Şirkətinin əməkdaşları döydüyünü, polisin zorakılığa yol vermədiyini
deyib. İ.Abbasov xəstəxanada ona münasibətdən razı olduğunu bildirib. Elmira
Süleymanova mərkəzin baş həkimi Tərlan Bəbirovdan İdrak Abbasovun səhhətini
xüsusi nəzarətdə saxlamağı xahiş edib.
Xatırladaq ki, aprelin 18-də ARDNŞ təhlükəsizlik xidmətinin əməkdaşları,
hərbi geyimlilər polisin yardımı ilə Sulutəpə qəsəbəsində qanunsuz
tikililərin sökülməsi ilə bağlı növbəti “əməliyyat” keçirərkən ərazidə
çəkiliş aparan “Ayna” və “Zerkalo” qəzetlərinin, Reportyorların Azadlıq və
Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov vəhşicəsinə döyülüb.
Jurnalistin telefonu əlindən alınıb, bədəninin müxtəlif hissələrinə, üzünə,
başına çoxsaylı zərbələr endirilib. Elə həmin gün İdrak Abbasov 1 saylı
Kliniki Mərkəzə çatdırılıb və hal-hazırda da orada müalicəsini davam
etdirir. Sulutəpə olayıyla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət
Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb, istintaq
aparılır.