JURNALİST İDRAK ABBASOVUN BEYNİ SİLKƏLƏNİB, İKİ QABIRĞASI SINIB

Jurnalist İdrak Abbasovun müalicəsi xəstəxana şəraitində davam edir. 1 saylı
 Kliniki Mərkəzin (Semaşko) həkimi Almazxan Zeynalov jurnalistin sağlıq
 durumu  ilə bağlı rəy verib.

Bu barədə Reportyorların Azadlıq və
 Təhlükəsizlik İnstitutuna (RATİ) İ. Abbasovun özü məlumat verib.

 Jurnalistin sözlərinə görə, həkim onun kəskin ağrılardan əziyyət çəkməsinin
 iki qabırğasında sınıq (çat) olması və beyin silkələnməsi ilə əlaqədar
 olduğunu deyib. “Həkim vəziyyətimdə yaxşılaşma qeydə alındığını bildirsə də
 daxili orqanlarımda ciddi ağrılar var. Hələ də rahat nəfəs ala
 bilmirəm”-deyən jurnalist istintaqın  hadisə ilə bağlı hələ ki, onunla
 maraqlanmadığını, hər hansı dindirmə aparmadığını deyib.
 Bu gün İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Klinik Tibbi
 Mərkəzdə jurnalist İdrak Abbasova baş çəkib. Görüş zamanı İdrak Abbasov onu
 Neft Şirkətinin əməkdaşları döydüyünü, polisin zorakılığa yol vermədiyini
 deyib. İ.Abbasov xəstəxanada ona münasibətdən razı olduğunu bildirib. Elmira
 Süleymanova mərkəzin baş həkimi Tərlan Bəbirovdan İdrak Abbasovun səhhətini
 xüsusi nəzarətdə saxlamağı xahiş edib.
 Xatırladaq ki, aprelin 18-də ARDNŞ təhlükəsizlik xidmətinin əməkdaşları,
 hərbi geyimlilər polisin yardımı ilə Sulutəpə qəsəbəsində qanunsuz
 tikililərin sökülməsi ilə bağlı növbəti “əməliyyat” keçirərkən ərazidə
 çəkiliş aparan “Ayna” və “Zerkalo” qəzetlərinin, Reportyorların Azadlıq və
 Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov vəhşicəsinə döyülüb.
 Jurnalistin telefonu əlindən alınıb,  bədəninin müxtəlif hissələrinə, üzünə,
 başına çoxsaylı zərbələr endirilib. Elə həmin gün İdrak Abbasov 1 saylı
 Kliniki Mərkəzə çatdırılıb və hal-hazırda da orada müalicəsini davam
 etdirir. Sulutəpə olayıyla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət
 Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb, istintaq
 aparılır.

Previous Post

PAYTAXT POLİSİ ALMAN TELEJURNALİSTLƏRİNİ SAXLAYIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.