PAYTAXT POLİSİ ALMAN TELEJURNALİSTLƏRİNİ SAXLAYIB

 Bu gün (23 aprel)  polis Almaniyanın ZDF televiziyasının müxbiri və
videooperatorunu saxlayıb.

Jurnalistlər Bayraq meydanından köçürülərək
 hazırda “Dostluq” kinoteatrının yaxınlığında yaşayan sakinlərlə görüş zamanı
 saxlanılıblar. Bu barədə RATİ-yə sakinlər özləri məlumat veriblər.
Sakinlərin dediyinə görə xarici jurnalistlər onların yaşadıqları evin
 şəklini çəkirmişlər.

Alman jurnalistlər Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Polis İdarəsinin
 nümayəndəsi bildirib ki, onlar ABŞ səfirliyinin fotosunu çəkirmişlər.
“Vəziyyətə aydınlıq gətiriləndən sonra jurnalistlər buraxılacaq”, – Nəsimi
 polisinin növbətçi hissəsindən Turan-a bildirilib. Təxminən yarım saat polis
 idarəsində saxlanandan sonra əcnəbi jurnalistlər sərbəst buraxılıblar.

Previous Post

DEPORTASİYA QURBANLARİ CEMİYYETİNİN KORDİNATORU KÖÇƏRİ NAĞIYEV İLE MUSAHİBE

Next Post

JURNALİST İDRAK ABBASOVUN BEYNİ SİLKƏLƏNİB, İKİ QABIRĞASI SINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.