“Yeni Fikir” Gənclər Hərəkatının rəhbəri Ruslan Bəşirliyə qarşı saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən təzyiqlər edilir.
“Azadlıq” qəzetinin bugünkü (06 may) sayında verdiyi xəbərə görə, təzyiqlərin əsas səbəbi Bəşirlinin mətbuata qarşı basqılara son qoyulması və siyasi məhbusların azadlığa buraxılması tələbi ilə bir müddət bundan öncə jurnalistlərin keçirdikləri aclıq aksiyasına dəstək verməsi səbəb olub. Məlumata görə həbsxana rəhbərliyi Bəşirlini Qobustan qapalı həbsxanasına köçürəcəkləri ilə hədələyir.