İCTİMAİYYƏT AQİL XƏLİLLƏ BAĞLI NÜMAYİŞ OLUNANLARI HƏQİQƏT HESAB ETMİR

İctimaiyyət “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillə bağlı yerli telekanallarda nümayiş olunanların həqiqət olmasına inanmır.

 www.contact.com.az saytının hazırda  mövzu ilə bağlı apardığı sorğuya əsasən respondentlərin 88 faizdən çoxu  hesab edir ki, bu istintaq orqanının təşkil etdiyi təxribatdır. Sorğuda iştirak edənlərin təxminən 9 faizi sualı cavablandırmağa çətinlik çəkib, respondentlərin cəmi 3 faizisə nümayiş olunanları həqiqət hesab edir.
  Xatırladaq ki, A.Xəlil mart ayının 13-də naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Bu hadisədən bir müddət sonra, aprel ayının 7-də ölkə telekanallarında A. Xəlilin bıçaqlanması ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin istintaq çəkilişləri nümayiş olunub. Bu süjetlərdə A. Xəlilin guya homoseksuallar tərəfindən bıçaqlanması və onlarla öncədən tanış olması iddia olunur.   

Previous Post

HƏBSDƏ OLAN GƏNCLƏR HƏRƏKATI RƏHBƏRİNƏ TƏZYİQ EDİLİR

Next Post

“MÜŞFİQ HÜSEYNOVUN ADI AVROPA STRUKTURLARINDA SİYASİ MƏHBUS KİMİ QEYDƏ ALINIB”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.