İyulun 21-də Media hüququ İnstitutu, Azərbaycan Jurnalistlər Birliyi və Yeni Nəsil Jurnalistlər Birliyi Mətbuat günü ilə bağlı Avropa otelində tədbir keçirib.
Tədbirdə Media Hüququ İnstitutunun İfadə Azadlığının durumu ilə bağlı 6 aylıq hesabatı təqdim edilib. Belə ki, MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev Azərbaycanda ifadə azadlığı – defamativ məhkəmə işləri, basqılar, bilgi azadlığı, internet azadlığı, teleradio düzənlənməsinə dair durumla bağlı məlumat verilib.
Tədbirdə çıxış edən Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayıl informasiya alınmasını məhdudlaşdıran qanunun ləğv edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət etməyi təklif edib.
Tədbirin sonunda Azərbaycan Jurnalistlər birliyi bir qrup jurnalistə Həsən bəy Zərdabi mükafatını təqdim edib. Mükafatları jurnalistlərə birliyin rəhbəri Elçin Şıxlı təqdim edib.