MƏTBUAT GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

İyulun 21-də  Media hüququ İnstitutu, Azərbaycan Jurnalistlər Birliyi və Yeni Nəsil Jurnalistlər Birliyi Mətbuat günü ilə bağlı Avropa otelində tədbir keçirib.

Tədbirdə Media Hüququ İnstitutunun İfadə Azadlığının durumu ilə bağlı 6 aylıq hesabatı təqdim edilib.  Belə ki, MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev Azərbaycanda ifadə azadlığı – defamativ məhkəmə işləri, basqılar, bilgi azadlığı, internet azadlığı, teleradio düzənlənməsinə dair durumla bağlı məlumat verilib.
Tədbirdə çıxış edən Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayıl informasiya alınmasını məhdudlaşdıran qanunun ləğv edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət etməyi təklif edib.
Tədbirin sonunda Azərbaycan Jurnalistlər birliyi bir qrup jurnalistə Həsən bəy Zərdabi mükafatını təqdim edib. Mükafatları jurnalistlərə birliyin rəhbəri Elçin Şıxlı təqdim edib.

 

Previous Post

AZƏRBAYCANIN KORRUPSİYA ŞƏBƏKƏSİ AVROPA MƏHKƏMƏSİNƏ DƏ YOL AÇIR?

Next Post

MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ – AZAD MƏTBUAT YÜRÜŞÜ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.