MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ – AZAD MƏTBUAT YÜRÜŞÜ KEÇİRİLİB

İyulun 22-də Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinin və gənc fəalların iştirakı ilə “Azad mətbuat yürüşü” keçirilib.

Yürüş 1-ci Fəxri Xiyabanda Həsən bəy Zərdabinin məzarını ziyarətlə başlayıb. Qeyd edək ki, 137 il əvvəl – 1875-ci il iyulun 22-də Həsən Bəy Zərdabi Azərbaycanda ilk qəzet olan “Əkinçi”ni çap etdirib və bu tarix Milli Mətbuat günü kimi qeyd edilir.
Ziyarətçilər Milli Mətbuat tarixindən və müasir mətbuatın problemlərindən danışıblar. “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova medianın problemlərindən danışdılar və gerçək jurnalistlərin bayramını təbrik etdilər. Daha sonra 2-ci Fəxri Xiyabanda mərhum jurnalist Elmar Hüseynovun qəbri ziyarət edilib. Jurnalist İdrak Abbasov jurnalistləri və söz azadlığı uğrunda həyatını itirən media nümayəndələrini bayram günü münasibətilə təbrik etdi. Real Hərəkatının həmtəsisçisi Natiq Cəfərli jurnalistlərə təzyiqlərdən danışıb. RATİ sədri Emin Hüseynov hazırda söz azadlığının qurbanı olaraq həbsdə yatan jurnalistləri bayram münasibətilə təbrik edib. İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov azad mətbuat uğrunda mübarizənin hələ də davam etdiyini vurğulayıb. Daha sonra müstəqil mətbuatın ilk nümunəsi olan “Azadlıq” qəzetinin yaradıcısı Nəcəf Nəcəfovun məzarı ziyarət edildi. Burada çıxış edən jurnalistlər Nəcəf bəyin media üçün gördüyü işlərdən və onunla bağlı xatirələrindən danışdılar. Son olaraq Şəhidlər Xiyabanında mərhum jurnalistlər – Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafatyev və Fəxrəddin Şahbazovun məzarları ziyarət edildi. “Azadlıq” radiosunun əməkdaşı  Xədicə İsmayılova  Salatın Əsgərovanın  fəaliyyətindən danışıb. Onun da vaxtı ilə kişilərlə bərabər cəbhə xəttindən reportaj hazırlamasının bəzi yaxınları tərəfindən qəbul edilmədiyini bildirdi.
Previous Post

MƏTBUAT GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.