Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 2011-ci ilin noyabr ayında qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının qatillərinin və bu qətli sifariş edənlərin bu günə qədər tapılaraq məsuliyyətə cəlb edilməməsini pisləyir və bunu hökumətin qətlə yetirilmiş media nümayəndələrinin xatirəsinə etinasızlığı kimi qiymətləndirir.
Belə ki, Rafiq Tağı 2011-ci ilin noyabrında işdən evinə qayıdarkən naməlum şəxs tərəfindən 7 bıçaq zərbəsi alıb və 4 gün xəstəxanada müalicə aldıqdan sonra vəfat edib. 10 ay müddət keçsə də, Rafiq Tağının qatilləri hələ də tapılmayıb.
RATİ hesab edir ki, hökumət yazıçı-publisist Rafiq Tağının qatillərinin tapılması üçün kifayət qədər səy göstərmir. Belə ki, RATİ-nin apardığı araşdırma onu göstərir ki, bu işdə açıq və qaranlıq məqamlar var və bəzi məqamların açılması da hakimiyyətin siyasi iradəsindən asılıdır.
RATİ xatırladır ki, 7 il öncə qətlə yetirilən jurnalist Elmar Hüseynovun da qatilləri tapılmayıb. Neçə il keçməsinə və jurnalistin ölümündə təqsirli bilinən şəxslərin kimliyinin aşkar olmasına baxmayaraq qatillər hökumət tərəfindən cəzalandırılmır, halbuki ölkə prezidenti qatillərin tapılacağına söz vermişdi.
RATİ bir daha qeyd edir ki, Rafiq Tağı aldığı bıçaq yarası ilə yanaşı xəstəxanada olarkən həkimlərin etinasızlığı nəticəsində dünyasını dəyişib. Amma nə R. Tağını öldürən şəxslər, nə də onun həyatını xilas edə bilməyən həkimlər cəzalandırılmayıb.
RATİ Azərbaycan hökumətini, xüsusilə də Azərbaycan hüquq mühafizə orqanlarını yazıçı-publisist t Rafiq Tağının qatillərini tezliklə tapıb cəzalandırmağa çağırır.
RATİ həmçinin beynəlxalq təşkilatlara da müraciət edərək, onları bu məsələni diqqətdə saxlamağa çağırır.