Avqustun 6-da İranda həbs olunmuş azərbaycanlı şairlərin azad edilməsi tələbi ilə bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyada onlarla jurnalist iştirak edib. Aksiya Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü ilə keçirilib.
Aksiyada müxtəlif KİV-lərin nümayəndələri iştirak ediblər.
RATİ qabaqcadan aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsə də, hakimiyyət piketin keçirilməsinə razılıq verməyib.
Polis aksiya iştirakçılarının qarşısını səfirlikdən təxminən 100 metr aralıda yerləşən 32 saylı orta məktəbin yanında kəsib və zorakılıqla onların əllərindəki plakatları alaraq cırıb. Buna baxmayaraq RATİ sədri piketin qətnaməsini oxumağa müvəffəq olub və “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu piketin qətnaməsini səfirliyə təqdim edib.
Qətnamədə deyilir ki, İranda həbs olunmuş gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İran və Azərbaycan arasında qarşıdurmanın qurbanına çevrilib. Bu gərgin münasibətin qurbanları içərisində İran mediasının nümayəndəsi də var.
“Biz İran hakimiyyətini söz azadlığına hörmətlə yanaşmağa və heç bir qanunu pozmayan, “sərhədin keçilməsi qaydalarının pozulması” kimi uydurma ittihamla saxlanılan azərbaycanlı ədibləri azad etməyə çağırırıq”, – deyə sənəddə vurğulanır.
Xatırladaq ki, Azərbaycanlı şairlər mayın 2-də Tehrandan Bakıya gələrkən Təbrizdə saxlanılıblar və sabah (7 avqust)Təbrizdə ədiblərin məhkəməsi keçiriləcək.
Rəsmi Bakı İran XİN-ə beş nota göndərərək onların azad olunmasını tələb edib Yalnız bir həftə öncə İran hakimiyyəti Azərbaycanın Təbrizdəki konsulluğunun işçisinin həbs olunanlara baş çəkməsinə icazə verib.