RATİ AZƏRBAYCAN HÖKUMƏTİNİ YAZIÇI-PUBLİSİST RAFİQ TAĞININ QATİLLƏRİNİ TEZLİKLƏ TAPMAĞA ÇAĞIRIR

             Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 2011-ci ilin noyabr ayında qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının qatillərinin və bu qətli sifariş edənlərin  bu günə qədər tapılaraq məsuliyyətə cəlb edilməməsini  pisləyir və bunu hökumətin qətlə yetirilmiş media nümayəndələrinin xatirəsinə etinasızlığı kimi qiymətləndirir.

Belə ki, Rafiq Tağı 2011-ci ilin noyabrında işdən  evinə qayıdarkən naməlum şəxs tərəfindən 7 bıçaq zərbəsi alıb və 4 gün xəstəxanada müalicə aldıqdan sonra vəfat edib. 10 ay müddət keçsə də, Rafiq Tağının qatilləri hələ də tapılmayıb.
            RATİ hesab edir ki, hökumət yazıçı-publisist Rafiq Tağının qatillərinin tapılması üçün kifayət qədər səy göstərmir. Belə ki, RATİ-nin apardığı araşdırma onu göstərir ki, bu işdə açıq və qaranlıq məqamlar var və bəzi məqamların açılması da hakimiyyətin siyasi iradəsindən asılıdır.
            RATİ xatırladır ki, 7 il öncə qətlə yetirilən jurnalist Elmar Hüseynovun da qatilləri tapılmayıb. Neçə il keçməsinə və jurnalistin ölümündə təqsirli bilinən şəxslərin kimliyinin aşkar olmasına baxmayaraq qatillər hökumət tərəfindən cəzalandırılmır, halbuki ölkə prezidenti qatillərin tapılacağına söz vermişdi.
            RATİ bir daha qeyd edir ki, Rafiq Tağı  aldığı bıçaq yarası ilə yanaşı xəstəxanada olarkən həkimlərin etinasızlığı nəticəsində dünyasını dəyişib. Amma nə R. Tağını öldürən şəxslər, nə də  onun həyatını xilas edə bilməyən həkimlər cəzalandırılmayıb.
            RATİ Azərbaycan hökumətini, xüsusilə də Azərbaycan hüquq mühafizə orqanlarını yazıçı-publisist t Rafiq Tağının qatillərini tezliklə tapıb cəzalandırmağa çağırır.
            RATİ həmçinin beynəlxalq təşkilatlara da müraciət edərək, onları bu məsələni diqqətdə saxlamağa çağırır.
Previous Post

İRANDA HƏBS OLAN AZƏRBAYCANLI ƏDİBLƏRİN AZAD EDİLMƏSİ TƏLƏBİ İLƏ BAKIDA AKSİYA KEÇİRİLDİ

Next Post

RATİ İFADƏ AZADLIĞI İLƏ BAĞLI HESABATINI TƏQDİM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.