“BİNƏ” TİCARƏT MƏRKƏZİNİN SAHİBİ “AZADLIQ” QƏZETİ VƏ ƏMƏKDAŞLARINDAN ÜMUMİLİKDƏ 150 MİN MANAT TƏLƏB

“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova “Azadlıq” qəzetini və onun əməkdaşları Ramin Deko ilə Hikməti (Hikmət adını gizli saxlayan müəllifin imzasıdır) məhkəməyə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin redaktoru Rahim  Hacıbəyli  məlumat verib.

R. Hacıbəyli məhkəmə barədə bildirişin dünən redaksiyaya daxil olduğunu dedi. Redaktor həmçinin  qəzetə qarşı olan bu məhkəmə iddiasını “Azadlıq” qəzetinin hədəfə alınması və əməkdaşların qorxudularaq onların peşə fəaliyyətlərini məhdudlaşdırmaq  məqsədi daşıdığını bildirdi.

Qəzetin vəkili Fariz Namazlı RATİ-yə açıqlamasında işin Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin icraatında olduğunu və ilkin hazırlıq iclasının 9 avqust saat 15:45-ə təyin edildiyini dedi.

Xatırladaq ki, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova 7 iyul 2012-ci il tarixində “Azadlıq” qəzetində dərc olunmuş   “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrin  onun işgüzar nüfuzunu ləkələdiyini hesab edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. İddiaçı  təkzib verilməsini və cavabdehlərin hər birinin 50 000 manat cərimələnməsini, bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş edir.

 

Previous Post

RATİ-NİN HESABATI:JURNALİSTLƏRƏ TƏZYİQ DAVAM EDİR

Next Post

BAŞ REDAKTORA QARŞI İDDİA MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.