BAŞ REDAKTORA QARŞI İDDİA MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLÜB

Bu gün (8 avqust) Yasamal rayon məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə  Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılovun “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148–ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirildi.

Habil Vəliyevin  RATİ-yə bildirdiyinə görə, iş icraata qəbul edilib və  hakim X. Tağıyev prosesi  14 avqust saat 12:15-ə təyin edib.

Xatırladaq ki, Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi məhkəməyə verib. Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148–ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında Yasamal rayon məhkəməsinə müraciət edən icra başçısı, baş redaktorun cinayət məsuliyyətinə cəlb edilməsini və həbs olunmasını istəyir. İddiaya 2011-ci ildən başlayaraq “Gündəlik Bakı” qəzetində Ramiz Cəbrayılovun fəaliyyəti ilə bağlı yazılan silsilə məqalələr səbəb olub.

İddia təmin olunarsa, baş redaktoru iki ilədək müddətə islah işləri və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Previous Post

“BİNƏ” TİCARƏT MƏRKƏZİNİN SAHİBİ “AZADLIQ” QƏZETİ VƏ ƏMƏKDAŞLARINDAN ÜMUMİLİKDƏ 150 MİN MANAT TƏLƏB

Next Post

EKSPERTİZA MEHMAN HÜSEYNOVUN XƏSARƏT ALMADIĞI BARƏDƏ RƏY VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.