Sentyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov haqqında seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi iddiası üzrə Nəsimi rayon məhkəməsinin rədd cavabı verdiyi qərardan verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkilin sözlərinə görə, prosesdə Hilal Məmmədov da çıxış edib. O, təqsirsiz olduğunu deyib və zindanda olsa belə, özünü hakimlərdən daha azad hiss etdiyini vurğulayıb.
Xatırladaq ki, "Talişi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə əalvə ittiham irəli sürülüb.
Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.