APELLYASİYA MƏHKƏMƏSİ HİLAL MƏMMƏDOVUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Sentyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə  “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov haqqında seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi iddiası üzrə Nəsimi rayon məhkəməsinin rədd cavabı verdiyi qərardan verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Mən və digər vəkil Ramiz Məmmədov ittihamların qanunsuz olduğunu vurğuladıq, eyni zamanda Hilal Məmmədovun həbsdən buraxılmasının istintaqın gedişinə mane olmayacağını bildirdik. İstintaq nümayəndələri isə ümumi sözlərlə fikirlərini əsaslandırmağa çalışdılar, Hilal Məmmədovun həbsdə saxlanmasında israr etdilər. Sonda hakim Sahibxan Mirzəyev Nəsimi məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə  saxlanıldığını elan etdi”, – deyə baş redaktorun vəkili  Cavad Cavadov “mediaforum” xəbər saytına bildirib.
Vəkilin sözlərinə görə, prosesdə Hilal Məmmədov da çıxış edib. O, təqsirsiz olduğunu deyib və zindanda olsa belə, özünü hakimlərdən daha azad hiss etdiyini vurğulayıb.
Xatırladaq ki, "Talişi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və  283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddələri ilə əalvə ittiham irəli sürülüb.
Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Previous Post

“XƏYAL” TELEVİZİYASININ ƏMƏKDAŞLARININ HƏBS MÜDDƏTİ ARTIRILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.