“XƏYAL” TELEVİZİYASININ ƏMƏKDAŞLARININ HƏBS MÜDDƏTİ ARTIRILIB

“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, eləcə də Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevin həbs müddəti dekabrın 1-nə qədər uzadılıb. Bu barədə “Media forum” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, vəkil Elçin Sadıqov sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın  istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında belə qərar çıxarması barədə məlumat verib.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra  sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev həbs ediliblər və hər iki jurnalist barəsində  2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Habelə onu da qeyd edək ki, Vüqar Qonaqov istintaqın təhriki ilə vəkili Elçin Sadıqovdan imtina edib.

Previous Post

ƏVƏZ ZEYNALLIYA AİLƏSİ İLƏ GÖRÜŞ VERİLİB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ HİLAL MƏMMƏDOVUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.