“YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI 1 MİLYON MANATLIQ İDDİA QALDIRILIB

“Baku Steel Company” “Yeni Müsavat” qəzeti ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib. Bu barədə “musavat.com” saytında məlumat yer alıb.

Məlumatda qeyd olunur ki, iddiaya  səbəb kimi “Yeni Müsavat”ın 23 noyabr 2012-ci il tarixli 311-ci (5320) sayında dərc edilən “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” sərlövhəli yazı göstərilir:

İddiada qeyd olunur ki, son 3 ildə bu qəzetin Azərbaycan metallurgiya sənayesinin inkişafında xüsusi yeri və çəkisi olan ”Baku Steel Company” MMC-nin fəaliyyəti barədə yaydığı yalan və heç bir həqiqətə uyğun olmayan məlumatlar müəssisənin çoxminli kollektivi tərəfindən ciddi narazılıqlarla qarşılanıb. Ölkədə yaradılan demokratiya və söz azadlığından bu cür istifadə, əslində sui-istifadə faktoru kimi diqqəti cəlb edir. Məqalədə heç bir jurnalist araşdırması aparılmadan, müvafiq sənədlərə və sübutlara istinad edilmədən “Bakı Poladtökmə” ASC-nin və onun İdarə Heyətinin sədri Oqtay Rəfiyevin, o cümlədən “Baku Steel Company” MMC-nin fəaliyyəti barədə yalan, həqiqətə uyğun olmayan məlumat verilib və bununla da həm müəssisələrin çoxminli kollektivinin, həm də idarə heyəti sədrinin işgüzar  nüfuzuna guya ziyan vurulub.

Bu səbəbə görə,  müəssisə rəhbərləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, işgüzar nüfuza vurduğu zərərə görə “Yeni Müsavat” qəzetinin təkzib verməsini və müəssisələrin xeyrinə 1.000.000 (bir milyon) manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş ediblər.

Previous Post

MÜAVİNƏTLƏRİN VERİLMƏSİNDƏKİ ÖLÇÜLƏRİN DƏYİŞDİRİLMƏSİ TƏKLİF EDİLİR

Next Post

BAKIDA ÇANAQ ANTENALARI YIĞIŞDIRILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.