BAKIDA ÇANAQ ANTENALARI YIĞIŞDIRILIR

Bakıda son günlər çanaq antenalarının yığışdırılması sürətləndirilib. “Şəhərin abadlaşdırılması” adı ilə həyata keçirilən akt ilk olaraq Naxçıvan Muxtar Respublikasında həyata keçirilib. “Bizim  yol”, “Azadlıq”  və digər yerli qəzetlərin verdiyi məlumata görə, hazırda isə bu iş Bakının mərkəzində sürət alıb.

Belə ki, Azərbaycan əhalisinin əksəriyyəti çatanq antenalarla 3 peyklə yayımlanan Avropa, Türkiyə, eləcə də Rusiyanın televiziya və radio kanallarını izləyir. Yerli telekanallar tamaşaçı auditoriyasını itirdiyinə görə insanlar xarici yayımlara üz tutub. Ölkə üzrə yayımlanan heç bir kanalda tərəfsiz informasiya verilmir, əhalinin problemləri, onun mənbəyi işıqlandırılmır, hökumətin siyasəti tənqid olunmur. Bununla yanaşı əhali kanalların başqa proqramlarından da narazıdır. Tok-şoular, canlı debatar, kütləvi tamaşaçının marağını əks etdirən, real problemlər üzərində qurulmuş verilişlərlə  yox səviyyəsindədir.

Yerli mətbuatda səsləndirilən digər versiyaya görə, hökumət çanaq antenalarının yığışdırlmaqla özünün nəzarətində olan kabel televiziyalarının yayım şəbəkəsinin genişləndirmək sitəyir. “KATV 1”, “Ailə TV”, “Konnekt TV”» əhaliyə münasib qiymətə xidmətlər təklif edir. 9, 18, 27 manatlıq paketlərdə maksimum 60-a qədər yerli və xarici kanallara baxmaq olar. Amma menyu şübhəsiz ki, siyasi senzuradan keçrilir. Tamaşaçının istədiyi bütün kanallar ora daxil edilə bilməz. Yaxud, hökumətin “qara siyahısına” düşən xarici kanal dərhal menyudan çıxarıla bilər. Bir sözlə əhalinin hansı kanala baxa biləcəyini hakimiyyət seçib müəyyən edir.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI 1 MİLYON MANATLIQ İDDİA QALDIRILIB

Next Post

AMERİKANIN ƏN YAXŞI ƏLAQƏLƏRİ İNSAN HAQLARINA HÖRMƏTLƏ YANAŞAN ÖLKƏLƏRLƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.