İyunun 14-də polis zorakılığı ilə üzləşdikdən sonra xəstəxanaya düşmüş Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bu gün (23 iyun) göz həkimi tərəfindən müayinə edilib.
Müayinədən sonra həkim Hüseynovun görmə qabiliyyətinin zəifləməsini və gözdə olan ağrıları yüngül beyin silkələnməsinin simptomları kimi qiymətləndirib. Bu haqda məlumatı RATİ-yə Hüseynov özü verib.
RATİ sədrinin sözlərinə görə, onun başında, boynunda, gözlərimdə ağrıları qalmaqdadır, qulaqlarında isə cingilti var. “Bununla belə ilk gündən fərqli olaraq nisbətən yaxşılaşmışam, həkim gün ərzində mənə bir neçə dəfə gəzməyə imkan verir”, – deyə Hüseynov əlavə edib.