ANDRES HERKEL EMİN HÜSEYNOVUN VƏZİYYƏTİNDƏN NARAHATDIR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin sabahkı məruzəsində “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovla bağlı son hadisəyə xüsusi diqqət ayrılacaq.

Bu barədə “Mediaforum” xəbər saytına A. Herkellə Strasburqda görüşən hüquq müdafiəçisi Arzu Abdullayeva deyib. Dünən (22 iyun) Herkellə görüşən Abdullayeva onu da bildirib ki, həmməruzəçi E. Hüseynovun eləcə də həbsdə olan jurnalistlərin hazırkı vəziyyəti ilə maraqlanıb.
AŞ rəsmiləri ilə görüşü zamanı siyasi məhbus məsələləri ilə bağlı xüsusi məruzəçi məsələsini diqqətə çəkdiyini bildirən A. Abdullayeva deyib ki, ASPA-nın yay sessiyası çərçivəsində qurumun üç dövlət – Azərbaycan, Gürcüstan və Ermənistan üzrə siyasi məhbus məsələlərinə dair xüsusi məruzəçisini  təyin etməsi gözlənilir.
Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 23-dən 27-ə qədər davam edəcək.    

 

Previous Post

“BAKI ZAMAN”IN CƏNUB BÖLGƏ MÜXBİRİ ÖLÜMLƏ HƏDƏLƏNİB

Next Post

RATİ SƏDRİNİ GÖZ HƏKİMİ MÜAYİNƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.