EYNULLA FƏTULLAYEVİN VALİDEYNLƏRİ ONUNLA GÖRÜŞÜBLƏR

Bu gün (23 iyun) 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “Gündəlik Azərbaycan” və “Realniy Azerbadjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin valideynləri onunla görüşüblər.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev verib.
 Emin Fətullayev bildirib ki, Eynulla Fətullayevin səhhəti normaldır, saxlanma şəraitindən və ona qarşı olan münasibətdən heç bir şikayəti yoxdur. Emin Fətullayev onu da bildirib ki, baş redaktor cəzaçəkmə müəssisəsində ingilisdilli kitabları qiraət etməklə məşğul olur.

 

Previous Post

RATİ SƏDRİNİ GÖZ HƏKİMİ MÜAYİNƏ EDİB

Next Post

QƏNİMƏT ZAHİDOVUN ƏLYAZMALARININ GERİ ALINMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLƏCƏYİ GÖZLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.