AZƏRBAYCAN MƏTBUATI YEVGENİYA JİVKOVANIN SÖZLƏRİNİ DÜZGÜN TƏFSİR EDİB VƏ ONUN İRADLARI ƏSASSIZDIR

Söhbətin stenoqramı:

Cavab (ingiliscə): Fikrim belədir ki, burada ? Azərbaycanda bir problem var? Çap KİV-lərindən bir çox jurnalistlər müxtəlif siyasi lider və partiyalara çox yaxındırlar. Düşünürəm ki, jurnalistlər siyasi partiyalardan daha az asılı olmalıdırlar.
    Sual (ingiliscə): Vəziyyəti necə qiymətləndirirsiniz?
    Cavab (ingiliscə): Düşünürəm ki, bunun bizə aidiyyatı yoxdur? Məruzəçilərin araşdıra bilmədiyi çox hallar var? Düşünürəm ki, bu, məhkəmənin işidir. Bizim üçün daha vacib missiya Azərbaycanın öhdəliklərini yerinə yetirməsini yoxlamaqdır.
    Sual (ingiliscə): Bəli, amma cənab Herkel deyirdi ki, jurnalistlərin azad edilməsi barədə məsələ çox vacibdir, bu tələbi dəstəkləyirsiniz?
    Cavab (ingiliscə): Əlbəttə, bu, ? onların nəyə görə məhkəmədə olduqlarından çox asılıdır. İndi deyə bilmərəm, kim haqlıdır, problem nədədir. Ziddiyyətli məlumatlar çoxdur.
    Bu stenoqram sübut edir ki, xanım Jivkova həbsdə olan jurnalistlərin işinə qiymət verə bilmir və onların azad edilməsində israr etməyəcək. Jivkova özü deyir ki, səbəbləri anlamır və baş verənlərdən baş çıxarmaq onun üçün çətindir. Jurnalist konkret cavab almaq cəhdi ilə üç dəfə ona, demək olar ki, eyni sualı verdi, lakin buna baxmayaraq, Jivkova ağılabatan cavab verə bildmədi.
    Azərbaycan mətbuatı məhz bu haqda yazaraq, AŞPA məruzəçisi Jivkovanı səriştəsizlikdə və AŞPA-nın bu məsələ üzrə mövqeyini bilməməkdə ittiham edib. Buna görə, Jivkovanın sözlərinin yanlış təfsir edilməsi barədə iddiaları, sadəcə olaraq, ciddi deyil. (http://contact.com.az)

Previous Post

QƏZETƏ QARŞI QALDIRILMIŞ İDDİA BARIŞIQLA SONA ÇATDI

Next Post

БУДЕТ СНЯТ ФИЛЬМ О ВЫДАЮЩЕМСЯ АЗЕРБАЙДЖАНСКОМ ЖУРНАЛИСТЕ ГУЛАМЕ МАМЕДЛИ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.