QƏZETƏ QARŞI QALDIRILMIŞ İDDİA BARIŞIQLA SONA ÇATDI

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə “İrəli” Gənclər Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Mais Musayevin “Yeni Çağ” qəzetinin baş redaktoru Fərəcov Aqilə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Tərəflər öz saytlarında üzrxahlıq yerləşdirəcəklərinə dair barışıq sazişi imzaladılar.
Qeyd edək ki, hakim dünənki prosesdə tərəflərə barışıq üçün müzakirələrin aparılması üçün vaxt vermişdi.
Xatırladaq ki,  “Yeni Çağ” qəzetinin 8 dekabr tarixli sayında “Fətullahçıların “İrəli” hərəkat planı” başlıqlı məqalə dərc olunub. “İrəli” Gənclər Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Mais Musayev bunları rəhbər tutaraq məhkəmədən “Yeni Çağ” qəzetinin bağlanmasını, təkzib verməsini və 60000 AZN məbləğində təzminatın ödənilməsini tələb edirdi.

Previous Post

ƏFV EDİLMİŞ JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNİR

Next Post

AZƏRBAYCAN MƏTBUATI YEVGENİYA JİVKOVANIN SÖZLƏRİNİ DÜZGÜN TƏFSİR EDİB VƏ ONUN İRADLARI ƏSASSIZDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.