Məhkəmə jurnalisti həbsdə saxladı

Km51EXEX4Hl5

Martın 5-də Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublu barəsində seçilmişhəbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş vəsatət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə verilmiş vəsatəti təmin etməyib və jurnalistin həbsdə saxlanılması barədə qərar çıxarıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalistin vəkili Akif Əlizadə məlumat verib.

Akif Əlizadə onu da əlavə edib ki,  bu qərardan apellyasiya şikayəti verəcəklər.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya məhkəməsi 8 fevral 2013-cü  il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Previous Post

Jurnalist barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilib

Next Post

Əvəz Zeynallıya hökm oxunması qeyri-müəyyən vaxta qaldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.