Əvəz Zeynallıya hökm oxunması qeyri-müəyyən vaxta qaldı

579556_553424521344056_334107310_n

Mart 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə   müdafiə tərəfinin çıxışı ilə davam edib.  Ə. Zeynallının vəkili   Elçin Sadıqov çıxışında bildirib ki,  məhkəmə zamanı Zeynallıya qarşı ifadə verən şahidləri dindirmə hüququndan məhrum olublar.

“Gülər Əhmədovanın Zeynallı barədə verdiyi ərizədə hər hansı diskin əlavə olunması göstərilməyib. Eyni zamanda  ekspert rəyi verən İlhamə Quliyeva ekspertiza idarəsinə 30 dekabr tarixində götürülüb və onun əvvəldə verdiyi hər hansı rəyə rast gəlmək olmur. Qanunvericilikdə göstərilir ki, şəxs məhkəmə qərarlarını ödəməkdən qərəzli boyun qaçırdığı zaman cinayət işi açılır, ancaq Zeynallı imkanı olmadığı üçün bu məhkəmə qərarlarını icra edə bilməyib. Buna görə də jurnalistə bəraət verilməlidir”,-deyə Sadıqov çıxışında qeyd edib.

Jurnalistin vəkili Rəşid Hacılı bildirib ki, jurnalistin işi üzrə düzgün qərar çıxarılmalı və ictimaiyyətə   göstərilməlidir ki,   bu həbs siyasi sifariş deyil.

Məhkəmədə son sözlə çıxış edən jurnalist Əvəz Zeynallı bildirdi ki, onun həbsi siyasi sifarişdir. Ə.Zeynallı bildirdi ki, əgər ona bu məhkəmədə bəraət verilməsə,  bu ifadə azadlığının pozulması ilə bağlı çıxarılan biabırçı bir qərar olacaq və beynəlxalq ictimaiyyət də bu biabırçılığın şahidi olacaq.

Qeyd edək ki, məhkəmə müşavirəyə gedib və hökmün qeyri-müəyyən vaxtda elan olunacağı bildirilib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı  Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Məhkəmə jurnalisti həbsdə saxladı

Next Post

Jurnalistin məhkəməsi üzrə əsas şahid dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.