RATİ-DƏ 24 SAAT ƏRZİNDƏ QAYNAR XƏTT

ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi və İREX-in tərəfdaşlığı ilə “Media Müdafiəsi Fondu” layihəsi çərçivəsində Azərbaycanda (RATİ və “Media Hüququ İnstitutu”) media problemləri ilə bağlı operativ olaraq müraciətlərin qəbul edilməsi və araşdırılması üçün  sutkanın  24 saatı ərzində aktiv olacaq qaynar xətt (055 816 40 04) fəaliyyət göstərəcək.

Qaynar xəttə daxil olacaq zənglər əsasında RATİ əməkdaşları araşdırma apararaq hüquqi yardımın tələb edən işləri “Media Hüququ İnstitutu”na yönəldəcəklər.
 “Media Hüququ İnstitutu”nun direktoru Rəşid Hacılının bildirdiyinə görə, layihə çərçivəsində  rəhbəri olduğu təşkilat diffamasiyaya görə məhkəməyə verilən KİV-lər (elektron və çap) və KİV əməkdaşlarına, müvafiq media problemlərinə görə məhkəməyə müraciət edəcək KİV və KİV nümayəndələrinə, hər hansı bir formada təzyiqlə üzləşən KİV və KİV nümayəndələrinə hüquqi yardım edəcək.  
Previous Post

“ÖLKƏ” QƏZETİ NƏŞRİNİ DAYANDIRIB

Next Post

ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.