ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (20 may) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Lətifə Məlikovanın Ədliyyə Nazirliyinə (ƏN) qarşı “Regional İnsan haqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin qeydiyyata alınmamağı ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

 Cavabdeh tərəfin nümayəndəsi Nəsimi Quliyev iddia ilə razılaşmadığını və iddianın natamam olduğunu, hətta iddiaya görə dövlət rüsumunun köçürülmədiyini  bildirdi. Buna görə də iddiaçı tərəf sübutları toplamaq və dövlət rüsumunun ödəmək üçün hakimdən prosesi təxirə salmağı xahiş etdi.
Hakim T. İsmayılov qeyd olunanları nəzərə alaraq məhkəmə prosesini 2 iyun saat 15:00-a qədər təxirə saldı.
Previous Post

RATİ-DƏ 24 SAAT ƏRZİNDƏ QAYNAR XƏTT

Next Post

“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ NAZİM QULİYEV 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.