33 JURNALİST MÜSABİQƏDƏ QALİB OLUB

Dünən (24 dekabr) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) müşahidə şurasının iclası keçirilib.

Fonddan APA-ya verililən məlumata görə, iclasda KİVDF-nin noyabrın 5-də elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə iştirak etmək üçün fonda 85 yazı təqdim olunub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və təqdim olunan 85 yazıdan 33-ü müsabiqənin qalibi olub. Hər bir qalib jurnalistə 1000 manat pul mükafatı veriləcək.
Previous Post

ELAN!

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU 2009-CU İL ÜÇÜN HESABATINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.