MEDİA HÜQUQU İNSTİTUTU 2009-CU İL ÜÇÜN HESABATINI AÇIQLAYIB

Dünən (24 dekabr) Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı İllik (2009) Hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, 2009-cu ildə media və jurnalistlər ən azı 49 dəfə fiziki və psixoloji basqıya məruz qalıblar. 41 jurnalist peşə fəaliyyətinə görə döyülüb, hədələnib. Fiziki basqıların böyük hissəsi tənqidçi xəbər mediasının nümayəndələrinə yönəlib. Belə basqılara həm adi şəxslər, həm də polis və digər dövlət qurumlarının nü¬ma¬yəndələri yol veriblər.
2009-cu ildə mediaya qarşı mülki qaydada 39 iddia qaldırılıb. İddiaçılar mediya, jurnalistlərdən mə¬¬nəvi zərər əvəzi olaraq 2 900 000 (iki milyon doqquz yüz min) AZN məbləğində təz¬minat istəyiblər. Həmin iddiaların ümumilikdə 31-i qismən təmin olunub. Ötən illərlə müqayisədə bu məbləğ (20 000 AZN) daha yüngül olub. Məhkəmələr əksər hallarda medianın üzərinə mübahisə doğuran bilgiləri təkzib etmək, iddiaçılardan üzr istəmək vəzifəsi qoyub.
Mediaya qarşı xüsusi ittiham qaydasında (Cinayət Məcəlləsinin təhqir və böhtana görə məsuliyyət nəzərdə tutan 147 və 148-ci maddələri ilə) verilən şikayətlərin sayı 32 olub. Həmin şikayətlər əsasında 10 jurnalistə cinayət cəzası verilib.
Hesabatda həmçinin teleradio sahəsi, intrnet və çap mediası ilə bağlı vəziyyət əksini tapıb və ayrı-ayrı media sahələrinə yönəlik spesifik tövsiyələr yer alıb.

Previous Post

33 JURNALİST MÜSABİQƏDƏ QALİB OLUB

Next Post

“ARTİCLE 19” GƏNC BLOQÇULARI AZAD ETMƏYƏ ÇAĞIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.