EYNULLA FƏTULLAYEVİN HƏBSİNİN 4 İLİ TAMAM OLDU

Aprelin 20-də “Realniy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru, məhbus jurnalist   Eynulla Fətullayevin həbsinin 4 ili tamam oldu. İki gün sonra isə Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azad edilməsi barədə qərarından 1 il ötür. Lakin Eynulla hələ də  həbsdədir.

Belə ki, bu arzuolunmaz yubiley tarixi ilə bağlı azı 20 jurnalist aprelin 20-də bir günlük aclıq aksiyası keçirdilər. Aksiya “Diqqət! Həbsin 5-ci ili başladı!”, “Eynulla Fətullayevə azadlıq!” devizləri ilə keçirildi. Məqsəd Eynulla Fətullayevin düşdüyü haqsız və mürəkkəb duruma diqqət çəkmək, onun azadlığını tələb etmək olub. Aksiyaya qoşulan jurnalistlər öz  iş yerlərində keçiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Eynulla Fətullayev vəkili vasitəsilə bəyan etmişdi ki, aprelin 20-də həbsinin “yubiley” günü ilə bağlı bir günlük aclıq aksiyası keçirmək niyyətindədir. E.Fətullayevin son dövrlər olduqca gərgin, əziyyətli günlər yaşadığını nəzərə alan həmkarları isə ona müraciət edərək, bu addımı atmamağı xahiş etmişdilər və indi onlar özləri həmin tarixi aclıq aksiyası ilə qeyd etmək istəyirlər.

Aksiyaya  Mehman Əliyev, Rauf Arifoğlu, Qənimət Zahid, Rövşən Hacıyev, Elnur Astanbəyli, Şahvələd Çobanoğlu, Zamin Hacı, İdrak Abbasov, Famil Cəfərli, Elmin Həsənli, Natiq Ədilov, Elşad Qocayev, Sücəddin Şərifov, Ramin Deko, Gültəkin Knyazqızı, Nemət Hüseynli, Aynur Elgünəş, Tatyana Kryuçkina,  Natiq Cavadlı, Elşən Balaxanılı, Samir Kazımlı və digərləri qoşulub.

Xatırladaq ki,   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Previous Post

EYNULLA FƏTULLAYEV YENİDƏN HƏYATINA TƏHLÜKƏ GÖZLƏNİLƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILIB

Next Post

XALQ NƏ DEYİR AZƏRBAYCANDA RÜŞVƏT VƏ KORRUPSİYA VARMI VƏ BUNA QARŞI NECƏ MÜBARİZƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.