SANKT-PETERBURQUN 82 YAŞI SAKİNİ DƏ EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK VERİR

Bu gün (20 dekabr) valideynləri “Gündəlik Azərbaycan” və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə 12 saylı cəzaçəkmə müəssisəsində görüşüblər.

Bu barədə RATİ-yə jurnalistin atası Emin Fətullayev məlumat verdi: "Eynullanın vəziyyəti yaxşıdır, səhhətində də heç bir problem yoxdur. Gününü mənim hər görüşdə apardığım, vəkili İsaxan Aşurovun isə poçtla göndərdiyi qəzetləri  oxumaqla və mütaliə ilə keçirir”.
Habelə Emin Fətullayev onu da bildirdi ki, Beynəlxalq Amnistiya Təşkilatının təşəbbüsü ilə dünyada Eynulla Fətullayevə başlanan dəstək kompaniyası hələ də davam edir. “Eynullaya 20-yə yaxın Qərb dövlətlərindən 500-dən çox açıqca gəlib. Ən maraqlısı odur ki, ona bu açıqcaları göndərənlər sırasında Rusiyanın Sankt-Peterburq vətəndaşı olan 82 yaşlı qadın da var. Bütün açıqcalarda “Eynulla Fətullayev siz bizim düşüncələrimizdəsiniz, siz unudulmayacaqsınız!” şüarı yazılıb”, – deyə Emin Fətullayev bildirdi.
Previous Post

HƏYAT YOLDAŞI VƏ ANASI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

Next Post

JURNALİSTİ DÖYMÜŞ ŞƏXS HƏLƏ DƏ İSTİNTAQA CƏLB EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.